Xidmətlər

Xidmətlərimiz sizin tələblərinizdir

Xidmət çeşidlərimiz

Yazılı tərcümə

1
Tərcümə həm elm, həm də incəsənətdir. Bu sadəcə sözləri düzgün qaydada yan-yana düzmək deyil, xüsusi məna terminində bilik və işin ümumi məqsədini tələb edir. Tərcümə dili həmin dilin qəbul edilə bilən, işlək, idiomatik cəhətdən düzgün versiya olduğu kimi tələb olunmuş məlumatdan ibarət olmalıdır. Bizim tərcüməçilərimiz düzgün və lazımi tərcümə xidməti göstərmək işində dil bacarıqları nöqteyi nəzərindən lazımi qabiliyyət və inama malikdirlər, lakin əgər tərcümə edilməmiş söz və ya frazada təsadüfi ikimənalılığa səbəb ola biləcəyinə rast gəlinirsə, aydınlıq üçün sizinlə əlaqə saxlayırıq. Hüquqi sənədlər kimi bəzi kontekslərdə, müəyyən anlaşılmazlıq mənanın mühüm hadisəsidir. Biz məzmun və mənanı saxlamaqla və onu düzgün çatdırmağa çalışırıq. Rəsmi sənədlər, diplomlar, məhkəmə qərarları və digər sənədlər ingilis, alman, fransız, ərəb, rus, italyan və türk dili daxil olmaqla bütün əsas dillərdən azərbaycan dilinə və azərbaycan dilindən digər dillərə tərcümə edən notariat kontoru tərəfindən zəmanət əldə etmiş tərcüməçilərimiz tərəfindən tərcümə edilir və daha sonra dövlət notariusu tərəfindən təsdiqlənir. Fikirləşərək edilən tərcümə heç də gülməli məsələ deyil və ideal tərcüməçi tərəfindən onun ana dilinə edilən tərcümədir.
Sizin təşkil etdiyiniz, büdcəniz çərçivəsində saxladığınız yığıncaqda təyin edilən şifahi tərcümə metodunu seçməkdə sizə yardım etməkdə;
Birgə olaraq yığıncağın xarakter və mövzusunda aid tələblərimizə uyğun Azərbaycanda və xaricdə təlim keçmiş tərcüməçilərlə təchiz edilmiş ən yaxşı şifahi tərcüməçilər qrupu təşkil etməkdə;
Dəqiq və dürüst şifahi tərcümə etməkdə;
Bizim yazılı tərcümə şöbəmiz və tərcüməçilər qrupumuzla əlaqə yaratmaqda;
Yığıncağın tərcümə edilmiş protokollarını qısa vaxt ərzində sizə verməkdə bacarıq, təcrübə və imkanımız var.

Şifahi tərcümə

2

Əgər siz şifahi tərcümə tələb edən görüş, konfrans, simpozium və ya hər hansı növ yığıncaq təşkil etməyi planlaşdırırsınızsa, bizim

Sinxron tərcümə

3
Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nürnberg məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir. Bu tərcümədə dinləmə və danışma proseslərinin eyni zamanda baş verməsi və məruzəçinin fikrini tərcüməçinin əvvəlcədən duyması zərurəti ilə əlaqədardır. Bu mürəkkəb prosesdə tərcüməçi vaxt itirmədən natiqi dinləyə-dinləyə təxminən eyni zamanda nitqi tərcümə etməlidir. Dinləmə, anlama, sözü tərcümə dilinə çevirib səsləndirmə mərhələləri arasındakı müddət çox anidir. Sinxronçular hər şeydən əvvəl həm dinləmə, həm də səlis nitq söyləmək qabiliyyətinə malik olmalıdırlar. Sinxron tərcümədə, məruzəçinin dediyi cümlə ilə onun tərcüməsi heç də həmişə eyni zamanda başlayıb, eyni zamanda qurtarmır. Adətən sinxron tərcüməçinin 2 və ya 3 söz civarında ləngiməsi məqbul sayılır. Lakin əsas cümlədəki hər bir sözün deyil, ifadə olunan fikrin tərcümə dilində düzgün verilməsidir. Bu da sinxron tərcüməçiyə qeyri-vacib informasiyanı ixtisar etməyə, ən qısa söz və ifadələr işləməyə, ümumiləşdirmə üsulundan istifadə etməklə uzun cümlələri bölərək sadə cümlələr şəklində tərcümə etməyə ixtiyar verir. Sinxron tərcümə xidməti yüksək peşəkarlıq tələb edən şifahi tərcümə növlərindən biridir! Sinxron tərcüməçilər xüsusi avadanlıqların köməyi ilə bu xidməti həyata keçirirlər. Sinxron tərcümə avadanlıqları olmadan sinxron tərcümə mümkünsüz olar. Sinxron tərcümə şifahi tərcümənin iki formasından biri olaraq, nitqlə eyni vaxtda həyata keçirilən tərcümədir. Sinxron tərcümədə tərcüməçi natiqlə eyni vaxtda danışır. Tərcüməçi üçün bu daha çətindir, çünki eyni zamanda natiqə qulaq asmalı və onun nitqini dinləyicilər üçün tərcümə etməlidir. Bu tədbirlərin (konfrans, forum və s.) effektivliyini xeyli artırır. Sinxron tərcümələr sinxron avadanlıqlar olmadan mümkün deyil. Biz sizə sinxron tərcümələr üçün peşəkar tərcüməçilər təklif edirik.

Transkribasiya

4
Internetdən istifadənin geniş vüsət aldığı bu dövrdə müxtəlif mənbələrdən xarici resurslara çıxış olduqca asanlaşmışdır. İstər şəxsi inkişaf, istərsə də korporativ inkişaf üçün əvəzsiz məlumatları özündə əks etdirən video-audio materialları istənilən vaxt izləmək, dinləmək əlverişli deyil. Bu halda müxtəlif məzmunlu videoların, müsahibələrin, vebinarların transkribasiyasına ehtiyac duyulur. Mərkəzimizi ixtisaslaşmış transkribasiyasına ehtiyac duyulur. Mərkəzimizin ixtisaslaşmış transkribasiya üzrə mütəxəssisləri audio-video faylların yazıya köçürülməsi prosesində sizin köməyinizə çatacaq. Transkribasiya olunacaq audio-video fayl hədəf dilin qaydalarına uyğunlaşdırılacaqdır. Bununla yanaşı, materialların müxtəlifliyindən asılı olaraq dəqiq transkribasiya və məzmunyönümlü transkribasiya kimi növləri də sizin seçiminizə buraxılacaqdır. Belə ki, audio-video fayllardan köçürülmüş mətndə fikir tam, aydın və əhatəli ifadə ediləcəkdir. Bununla yanaşı, transkribasiyaların peşəkar dilçi heyətimiz tərəfindən yoxlanışdan keçdikdən sonra təhvil verilməsi ilə materiallarınızın təhrifsiz olacağına əminlik əldə etmiş olarsınız. Çoxsaylı dil daşıyıcıları ilə əməkdaşlıq edən tərcümə mərkəzimiz istənilən sahə və bütün dillər üzrə peşəkar tərcüməçi kadrları ilə sizin xidmətinizdədir.

Redaktə

5
“Az-translation centre” MMC-də redaktə xidmətimizdən də yararlana bilərsiz. Redaktə zamanı terminlərin uyğunluğu, eyniliyi yoxlanılır, həmçinin yazının müvafiq üsluba uyğunluğu təmin edilir, mətn çapa və ya təqdimata tam hazır vəziyyətə gətirilir. Bu zaman həm texniki səhvlər aradan qaldırılır, həm də tərcümənin orjinalı mətnin formatına uyğunluğu, terminalogiyaya riayət edilməsi yoxlanılır. Əgər tərcümənin üzərində bir neçə tərcüməçi işləyibsə, üslub eyniləşdirilir. Əlavə olaraq, tərcümə mərkəzimizdə həyata keçirilən istənilən mətnin mövzusundan və çətinliyindən asılı olmayaraq mütləq şəkildə redaktor tərəfindən pulsuz yoxlanılır. Həmçinin, “Az-translation centre” MMC mətnin dil daşıyıcıları tərəfindən stilistik redaktə xidmətini təklif edir. Stilistik redaktə zamanı dil daşıyıcısı redaktor yalnız mətni orjinalla tutuşdurmur, həm də mətnin stilistikasını, orfoqrafiyasını, punktuasiyasını və qrammatikasını yoxlayır. Hətta, çox maraqlı bir yazı belə dilin qaydalarına uyğun olmadan yazıldıqda öz qiymətini itirir. Bunu bildiyimizə görə tərcümələrin redaktəsinə xüsusi əhəmiyyət veririk.

Sənədin lokallaşdırılması

6
Sənədin lokallaşdırılması düzgün tərcümə ilə eynidir. “Tərcüməetmə” terminindən fərqli olaraq “lokallaşdırma” termini dil və mədəniyyət amillərini nəzərə alır. Tərcümə mərkəzi mədəni dəyişikliklərin tərcümədə nəzərə alınması ilə bağlı tam səylə çalışır. Bizdə sizin tərcümənizi auditoriyaya yaxşı çatdıran və regional dialekt, müxtəlif mədəniyyət normaları, müxtəlif sənaye standartları, müxtəlif çəki və ölçü sistemi və müxtəlif şərait və qanuni sistemlər kimi müxtəlif yerli amilləri nəzərə ala bilən mütəxxəsislər çalışır. Mövcud auditoriya üçün sizin sənədinizin hazırlanmasını özündə göstərən lokallaşdırma sizin əlaqə məqsədinizi həyata keçirmək üçün yaxşı yardımçıdır.
3 saat

Bakıya (Bakı haqqında ümumi məlumat- şəhərdə gəzinti, Neft daşları, Bibiheybət Məscidi və s.) ümumu ekskursiya

Razılaşma yolu ilə
5 saat

İçəri şəhər, Qız qalası, Şirvanşahlar sarayı, qədim xalçalar və digər muzeylər, məscid, kilsə, qədim türk hamamı və s.

Razılaşma yolu ilə
1,5 saat

Hacı Zeynalabdin Tağıyevin ev muzeyi

Razılaşma yolu ilə
3 saat

Atəşgaha ekskursiya

Razılaşma yolu ilə

Azərbaycanın digər rayonlarının görməli yerlərinə ekskursiya razılaşma yolu ilə

Bələdçi və Ekskursiya xidməti

7
Bakı və şəhər ətrafı gəzintiyə bələdçilik Əgər siz Bakıya xüsusi səfər etsəniz və ya iş və ya digər səyahət məqsədi ilə gəlsəniz və sizə Azərbaycanın turizm və ya digər sahələrdə gəzintiyə bələdçilik və tərcüməçi xidməti və ya Azərbaycan sakinləri ilə ünsiyyət yaratmaq lazım olarsa, biz sizə yüksək gəzinti xidməti təşkil edə bilərik. Bizim mütəxəssislər aşağıdakı dillər üzrə peşəkardırlar. Ingilis, ispan, italyan, ivrit, alman, fransız, portugal və s. Biz öz müştərilərimizə Bakıya ekskursiya və bələdçi-tərcümə xidmətlərini təklif edə bilərik.

Notarial təsdiq, apostil və leqallaşdırma

8
“Az-translation centre” MMC Azərbaycan Respublikasında Notariat ofisləri, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi vasitəsi ilə sənədlərin (tərcümələr, surətlər) təsdiq olunmasına və leqallaşmasına da yardım edir. “Az-translation centre” MMC xarici dillərdə mövcud sənədlərin hazırlanması: ərizələrin doldurulması; daimi yaşayış, təhsil, iş, ailə, nikah haqqında və təsdiq üçün lazım olan digər sənədlərin hazırlanmasında sizə xidmət göstərir. Bizim ekspertlər qaytarılan sənədlərin beynəlxalq standartlara müvafiq bərpa olunması üzrə xüsusi imkanları təmin etmək qabiliyyətinə malikdir.

Məxfilik

9
“Az-translation centre” MMC məxfilik prinsipini əsas tutur, fiziki və hüquqi şəxslərin hüquqlarına kömək edir. Bizim məxfilik haqqında qeydimiz müştərilərlə bağladığımız bütün müqavilələrdə öz əksini tapmışdır. “Az-translation centre” MMC-də işləyən tərcüməçilərin hamısı məxfilik haqqında müqavilə imzalamışdırlar. Müştərilərin intellektual əmlakının və maraqlarının qorunması naminə biz etik qaydaları rəhbər tutaraq məxfilik prinsipinə riayət edirik.

Sinxron tərcümə avadanlıqlarının icarəsi

10
Sinxron tərcümələr sinxron tərcümə avadanlıqları olmadan mümkün deyil. Bu avadanlıqlara tərcüməni dinləyənlər üçün qulaqcıqlar, xüsusi aparat, bilavasitə tərcüməçi üçün təchiz edilmiş kabinə, mikrafon və digər texniki qurğular daxildir.
Sinxron tərcümə tərcüməçi kabinəsindən həyata keçirilir. Səs sinxron tərcümə avadanlığının bir hissəsi olan mikşer pultundan alınır və tərcüməçinin qulaqcığına ötürülür. İdarəetmə pultu ilə tərcüməçi natiqə qulaq asır, onun səsini mikrafona tərcümə edir, səs səviyyəsini, tezlikləri və digər xüsusiyyətləri tənzimləyir. Sinxron tərcüməçini yerdəyişmə etdikdə isə səssiz düyməsini basaraq prosesi idarə edir. Öz səslərini eşitməmələri üçün tərcüməçilərin qulaqcıqları səs keçirmir. Tərcümə etdiklərini mikrafona söyləyirlər,bu tərcümə mərkəzi bloka qayıdır və oradan intraqırmızı siqnallara çevrilərək paylayıcılara gedir. Paylayıcılar intraqırmızı siqnallıarın auditoriyada yayılmasına şərait yaradır və iştirakçıların qulaqlarında olan qurğuların alıcıları bu siqnalları tutaraq səsə çevirir.
Beynəlxalq tədbirlər qlobal bazarları fəth etmək strategiyasının vacib hissəsidir. “Az-translation centre” MMC etibarlı sinxron tərcümə üçün lazım olan avadanlıqları təmin etməklə tədbirinizin uğurlu şəkildə həyata keçirilməsinə yardım göstərəcək.
Çoxdilli tədbirlər üçün ən yaxşı və ən etibarlı avadanlıq.
Biznes əməliyyatlarının xarici ölkələrə yayılması sizdən çoxdilli tədbirlərin təşkil olunmasını tələb edə bilər. Qarşılıqlı anlaşmanı təmin etmək üçün çıxışlar hər bir iştirakçının ana dilində verilməlidir.
“Az-translation centre” MMC birdən çox dildə sinxron tərcümə xidmətlərinin olmasını tələb edən tədbirlərin planlaşdırılması və həyata keçirilməsində sizin ən yaxşı tərəfdaşınıza çevrilə bilər. Müəssisə ehtiyac və tələblərinizi qarşılamaq üçün sinxron tərcümə avadanlıqlarının bütün çeşidlərini icarəyə verir. Genişmiqyaslı tədbirlər üçün sinxron tərcüməçi pultları, səs keçirməyən tərcümə kabinetləri və rəqəmsal simsiz qəbuledicilər ixtiyarınızda olacaq. Simsiz qəbuledicilər iştirakçılara ən əlverişli hesab etdikləri dili seçib dinləmək imkanı verəcək.

Mütəxəssislər tərəfindən görülən işlərimizdən sizdə yararlanın.

Bizimlə Əlaqə